Süleymanov 80-ci oldu

Süleymanov 80-ci oldu

Premyer Liqanın IV turunun "Sumqayıt”la səfər qarşılaşması "Zirə”də daha bir debütlə əlamətdar olub. "Kapital Bank Arena”dakı görüş Nicat Süleymanovun "Qartallar”ın heyətindəki ilk rəsmi matç kimi tarixə düşüb.
 
Sport7.az xəbər verir ki, "Zirə"nin 2:1 hesabı ilə qalib gəldiyi görüşə start heyətində çıxan 21 yaşlı yarımmüdafiəçi klub tarixinə Premyer Liqada şans qazanan 80-ci futbolçu kimi düşüb. O, həm də "Zirə”nin formasını yüksək dəstədə daşıyan 40-cı yerli oyunçudur. Sumqayıtdakı görüşədək "Qartallar”ın heyətində 39-u yerli, 40-ı legioner olmaqla 79 futbolçu çıxış etmişdi.
 
Nicat debütü cari mövsüm gerçəkləşən 8-ci oyunçudur. İlk turda Elvin Camalov, Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoqlu, Soni Norde, ikinci oyunda Miloş Bakraçıa Alvaro Ampuero bunu gerçəkləşdirmişdi.
 
Süleymanov "Zirə”nin tarixində bütün turnirləri nəzərə almaqla 117-ci futbolçu olub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR