Sulşer:

Sulşer: "Poqba təkbaşına həm Kin, həm Veron, həm Qiqqz, həm də Kantona ola bilməz"

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Pol Poqbanın ünvanına səslənən tənqidlərə münasibət bildirib:

"Polun penaltini qaçırdıqdan sonra necə məyus olduğunu hamı gördü. O, bu tənqidlərə layiq deyil.

Bir neçə dəfə bu barədə danışmışam, Poqba özü də fikrini bildirib: "Mançester Yunayted"ə keçən biri "mankunyan" olur və bu, ömür boyu belə də davam edir. Pol da hər həftə klub üçün hər şeyini ortaya qoyur.

O, özündən çox şey gözləyir. Biz də ondan çox şey gözləyirik, ancaq Poqba təkbaşına həm Roy Kin, həm Veron, həm Qiqqz, həm də Kantona ola bilməz. Bu, çətindi. Amma onun yüksək səviyyəli futbolçu olması dəqiqdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR