Şumaxer iflic qala bilər

Şumaxer iflic qala bilər

Formula 1-in keçmiş sürücüsü , 1989-cu il qəzasından sonra iflic olmuş Filipp Streyff Mixael Şumaxerin vəziyyətinin ağır olduğunu bildirib.
 
"Hamı Şumaxerin yaxşılaşdığını söyləyir. Lakin hər şey nisbidir. Mixaelin vəziyyəti hələ də ağırdır. O iflic olub və əlil arabasındadır. Həmçinin danışığında da və yaddaşında qüsur var. Evdə ailəsinin yanında olması bir qədər müalicə prosesini tezləşdirə bilər. Lakin bu çətin olacaq. Hazırda o , həyat yoldaşı və meneceri ilə gözləri ilə ünsiyyət qura bilir", – deyə Streyff Fransanın Europe 1 radiosuna müsahibəsində bildirib.
Keçmiş pilot həmçinin Marusyanın üzvü Jül Byanki haqda da danışıb. 

"Jül indiyədək komadadır. Onu vətənə gətirmək mümkün olmayıb. Vəziyyət çox qəlizdir. Çox güman ki, yaxında Byanki özünə gələcək.Bu baş versə belə vəziyyəi ağır olaraq qalacaq. Fikrimcə Byankinin vəziyyəti Şumaxerinkindən də ağırdır", – deyə Streyff qeyd edib.

Onuda əlavə edək ki, bir neçə saat əvvəl verilən məlumata görə Jül Byanki süni komadan çıxarılıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR