Şumaxerin oğlu Rusiyada birinci oldu

Şumaxerin oğlu Rusiyada birinci oldu

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2"nin Rusiyada baş tutan onuncu mərhələsinin ilk yarışını qazanıb. 

Sport7.az xəbər verir ki, "Prema Racing” komandasının heyətində çıxış edən 21 yaşlı pilot Soçidəki turnirdə birinci olub.  Almaniyalı sürücü mövsümdə ikinci qələbəsini əldə edib. 

"Formula 2"nin Soçi avtodromundakı ikinci yarışı sentyabrın 27-də gerçəkləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR