Şumaxerin səhhəti haqda meneceri açıqlama yaydı

Şumaxerin səhhəti haqda meneceri açıqlama yaydı

Almaniyanın "Bunte" dərgisinin Mixail Şumaxerin son durumuyla bağlı açıqlamalarına rəsmi cavab gəlib.

Sport7.az xəbər verir ki, "Bunte"nin açıqlamasında əfasanəvi "Formula 1" pilotunun gəzə biləcəyi qeyd olunur. Mütəxəssislər isə bunu "Yeni il möcüzəsi" adlandırıblar. Dərginin iddialarına görə, onun yaxınları "Bunte"nin əməkdaşlarına müalicənin müsbət nəticələr verdiyini və Şumaxerin səhhətində ciddi irəliyişin olduğunu bildiriblər. Məlumatda bildirilir ki, 46 yaşlı pilot fizioterapevtin köməyi ilə əlini yuxarı qaldırıb və bir-neçə addım irəliyə doğru hərəkət edib. 

Bu məlumata cavab olaraq Şumaxerin meneceri Sabine Kehm susqunluğunu pozub: "Təəssüflər olsun ki, Şumaxerin səhhətiylə bağlı müxtəlif şayiələr yayılır, insanların hissləriylə oynanılır. Buna görə də məlumat verməyə məcburam. Bu cür davranışlar məsuliyyətsizlikdir. Müalicənin gedişiylə bağlı məlumatların məxfiliyi bizim üçün çox vacibdir. İnsanlara boş yerə ümid vermək istəmirik. Şumaxerin yeriməsi və qolunu qaldırmasıyla bağlı yazılanlar doğru deyil".

Xatırladaq ki, Şumaxer iki il bundan əvvəl xizəklə sürüşərkən yıxılaraq qayaya çırpılıb və indiyə qədər koma vəziyyətindədir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR