Şumaxerin yubileyinə həsr olunmuş sərgi açılıb

Şumaxerin yubileyinə həsr olunmuş sərgi açılıb

Maranelloda, "Ferrari” muzeyində Mixael Şumaxerin 50 illiyinə həsr olunmuş sərgi açılıb.

Sport7.az xəbər verir ki, sərgidə yeddiqat dünya çempionunun bütün "Ferrari” bolidləri, o cümlədən Mixaellə əməkdaşlıq şəraitində yaradılmış adi avtomobillər təqdim edilib.

Xatırladaq ki, Şumaxerin 50 illiyi münasibətilə virtual muzey şəklində xüsusi əlavə buraxılıb. Əlavədə Mixael Şumaxerin idarə etdiyi bolidlərin 3D-modellərinə baxmaq, onların çıxardığı səsləri dinləmək olar. Əlavəni yükləyən istifadəçilərə Şumaxerin çıxışlarının müfəssəl statistikası, rekordları və onun 2013-cü ildə yazılmış müsahibəsi təqdim olunur. Azarkeşlər Mixaelin Kölndəki sərgisinə, eləcə də uşaqlıqda Kerpendə məşq etdiyi kartinq trasına virtual səyahət etmək imkanı əldə edirlər.

Bu əlavə "Schumoji” adlı digər yeni əlavə ilə birlikdə buraxılacaq. İstifadəçilər sosial şəbəkələr üçün Mixaelin və onun Formula 2-də çıxış edən oğlu Mikin təsviri olan smayllardan istifadə edəcəklər. Ata Şumaxerin doğum günündə yükləmək üçün emodzili əlavə də buraxılır. Bütün gəlirlər "Keep Fighting” fonduna köçürüləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR