Sumoçularımız Batumiyə gedəcək

Sumoçularımız Batumiyə gedəcək

Azərbaycan sumoçuları iyulun 6-da Gürcüstanın Batumi şəhərində start götürəcək "Kokkai Open Cup 2019”da iştirak edəcəklər.

Sport7.az xəbər verir ki, Avropa Sumo Federasiyası və Gürcüstan Milli Sumo Federasiyasının birgə təşkil edəcəkləri yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Rusiya, Polşa, Macarıstan və Hindistan idmançıları mübarizə aparacaqlar.

Yarış Batumi İdman Sarayında baş tutacaq.

Gürcüstanın Milli Sumo Federasiyasından verilən məlumata görə 2021-ci ildə Batumi sumo üzrə Avropa çempionatına ev sahibliyi edə bilər. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR