"Sumqayıt" 400-cü qolu buraxıb

"Sumqayıt” Azərbaycan Premyer Liqasında 400-cü qolunu buraxıb.
 
Sport7.az xəbər verir ki, bu, mövsümün 4-cü turunun "Qarabağ”la matçına təsadüf edib. 2:2 hesabı ilə başa çatan oyunda vurulan sonuncu qol sumqayıtlıların buraxdığı 400-cü top olub. Qolun müəllifi Filip Ozobiç olub. "Gənclik şəhəri” təmsilçisi bu rəqəmə 276 qarşılaşmada çatıb. Komanda orta hesabla hər görüşdə 1,45 top buraxıb.

2011/12 mövsümündən Premyer Liqada mübarizə aparan "Sumqayıt”la oyunlarda ən çox qol vuran komandalar "Qarabağ” (67), "Qəbələ” (53) və "Neftçi” (52) klublarıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR