"Sumqayıt" azarkeşlərinə görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqa-nın 11-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
9 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun "Keşlə” – "Neftçi” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39). 

9 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun "Qəbələ” – "Səbail” matçının 80-cı dəqiqəsində "Səbail” klubunun 79 №-li futbolçusu Əli Sadıxlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
 
10 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun "Sabah” – "Sumqayıt” matçında "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
Oyunun 59-cu dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 51.2).
 
10 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun "Qarabağ” – "Zirə” matçında "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
Tibbi xidmət oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.1).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR