“Sumqayıt” Azərbaycan Kubokunda - STATİSTİKA

“Sumqayıt” Azərbaycan Kubokunda - STATİSTİKA

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən "Sumqayıt” Azərbaycan Kubokunda keçirilən 25 matça çıxıb.
 
Sport7.az xəbər verir ki, komanda keçirdiyi qarşılaşmalarda 9 qələbəqazanıb, 4 heç-heçə edib və 12 dəfə məğlub olub. Bu qarşılaşmalarda 29 dəfə rəqib torlarını silkələyən "Sumqayıt” 34 qol buraxıb.

"Sumqayıt” FK-nın heyətində Azərbaycan Kuboku qarşılaşmalarında ən çox fərqlənən futbolçu Amil Yunanov olub. Onun aktivində 6 qol var. 

"Sumqayıt” FK-nın Azərbaycan Kubokunda keçirdiyi 25 matçdan 24-nün nəticəsi 90 dəqiqə tamamında müəyyənləşib. Geridə qalan 1 qarşılaşmanın qalibi isə penalti zərbələrindən sonra məlum olub. Belə ki, 2014/2015 mövsümünün 1/8 final mərhələsində "Bakı” ilə matçın sonunda penalti vuruşlarında sumqayıtlılar 3:5 hesabı ilə məğlub olaraq, mübarizəni erkən dayandırıb. 

Komandamız Azərbaycan Kubokunda ən uğurlu nəticəsini 2018/2019 mövsümündə baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında göstərib. Həmin mövsümdə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun final mərhələsinə yüksəlib. Naxçıvanda baş tutan final qarşılaşmasında "Qəbələ”yə minimal hesabla məğlub olan "Sumqayıt" Azərbaycan Kubokunun gümüş medallarına yiyələnib.

Komanda 2020/2021 mövsümündə Azərbaycan Kubokuna 1/4 final mərhələsindən qoşulacaq və bu mərhələdə "Səbail”lə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR