“Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayıb

“Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayıb
"Sumqayıt” klubu yay transfer dövründə daha bir futbolçu ilə müqavilə bağlayıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Rəşad Məmmədovun "Report”a açıqlamasında bildirib.
 
Cinah müdafiəçisi Qvanzav Maqomedov 1 illik sözləşməyə imza atıb. 24 yaşlı futbolçu daha əvvəl "Bakı", AZAL, "Zirə", "Səbail" və "Sabah"ın formasını geyinib.

Qeyd edək ki, "Sumqayıt” fasilə dönəmində Əfran İsmayılov, Elvin Məmmədov, Yusif Nəbiyev ("Qəbələ", icarə), Şəhriyar Əliyev, Murad Xaçayev ("Şaxtyor”, Ukrayna, icarə), Aleksey İsayev, Dmitri Nağıyev və Əli Babayevi heyətinə qatıb.
 
Sport7.az

Xəbər lenti