"Sumqayıt" hazırlığa başlayır

"Sumqayıt" 2019-20 mövsümü üçün hazırlığa start verir.
 
Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda sabah "Kapital Bank Arena"da bir araya gələcək.

"Kimyaçılar" saat 18:00-da yeni mövsümdə ilk məşqinə çıxacaq. Plana əsasən, "Sumqayıt" hazırlığın birinci mərhələsində iyulun 5-də və 13-də yoxlama oyunu keçirəcək.

Oyunların saatı və komandanın ikinci hazırlıq mərhələsinin planları hələlik bəlli deyil.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR