Sumqayıt klubunun UEFA kubokundakı rəqibləri bəlli oldu

Sumqayıt klubunun UEFA kubokundakı rəqibləri bəlli oldu

UEFA Region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

Sport7.az xəbər verir ki, A qrupunda yer alan "Uğur" ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq.
 
Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Sumqayıt təmsilçisi ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

"Uğur" Azərbaycanda keçirilən Region Liqasının 2018/2019-cu il mövsümünün qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR