"Sumqayıt" Məmmədovsuz hazırlaşır

Premyer Liqanın 11-ci turunda "Keşlə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlıqlarını davam etdirir.
 
Sport7.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında bu gün saat 11:00-da "Kapital Bank Arena"nın köməkçi meydançasında növbəti məşqini keçirib. Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

"Sumqayıt" - "Keşlə" görüşü 11 noyabr, saat 19:30-da "Bayıl Arena"da keçiriləcək. Qarşılaşma CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
Sport7.az

Xəbər lenti