"Sumqayıt" millimizin sabiq üzvünü icarəyə götürdü

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt” daha bir oyunçunu heyətinə cəlb edib.

Sport7.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi "Sabah”ın yarımmüdafiəçisi Eltun Turabovla anlaşıb.

"Kimyaçılar” 23 yaşlı orta sahə oyunçusunu paytaxt klubundan 1 illik icarəyə götürüb. U-21 millimizin sabiq oyunçusu ötən mövsümü icarə əsasında Albaniya təmsilçisi "Bilis”də keçirib. "Qarabağ”ın yetirməsi olan Turabov "Sabah”a 2018-ci ildə üz tutub.

"Sumqayıt” yay fasiləsində buna qədər Tellur Mütəllimov, Elvin Məmmədov və Kərəm Sultanovla müqavilə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR