"Sumqayıt" növbəti transferini rəsmiləşdirdi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” FK daha bir futbolçu ilə müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son mövsümü "Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. 1 illik icarə əsasında "Sumqayıt” FK-da çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Nəbiyev "Sabah”la yanaşı (25 oyun, 1 qol) "Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR