"Sumqayıt" - "Qarabağ" oyunundan əvvəl konsert olacaq

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində 22 noyabr, saat 19:00-da "Sumqayıt" FK "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edəcək.
 
Sport7.az xəbər verir ki, bu il Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilməkdədir.
 
Məhz 22 noyabr – Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən "Sumqayıt" - "Qarabağ" oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionumuzda musiqili proqram təşkil ediləcəkdir. Hər kəs tədbirə dəvətlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR