“Sumqayıt”

“Sumqayıt” "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.
 
Sport7.az xəbər verir ki, klub son olaraq Moldovanın "Dinamo-Avto”da çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2.5 illik müqavilə imzalayıb.

Nağıyev "Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı "Stumbras” (1 oyun), "Qarabağ Vyana” (15 oyun, 1 qol) və "Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb.
 
Nağıyev həmçinin U-21 millimizin də (2 oyun) şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR