"Sumqayıt" "Şaxtyor"u yendi

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt” bu gün qonşu ölkədə sonuncu yoxlama oyununu keçirəcək. 

Sport7.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi "Şaxtyor"la qarşılaşıb.
 
Bələk bölgəsində yerləşən "Titanic” otelinin stadionunda keçirilən matçda sumqayıtlılar 4:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə Macarıstanın "Kaposvar" komandasına məğlub olub (3:4), Rumıniya "Politexnika"sı ilə heç-heçə edib (1:1), Polşanın "Arka" klubuna qalib gəlib (1:0).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR