"Sumqayıt" Türkiyədə ilk məşqinə çıxdı - FOTOLAR

"Sumqayıt” bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

Sport7.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda səhər 11:00-da qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. "Sumqayıt” hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.  "Gənclik şəhəri" təmsilçisi növbəti axşam məşqi isə saat 17:30-da olacaq.

Qeyd edək ki, Antalyada 4 yoxlama oyunu keçirəcək "Sumqayıt" ilk sınaq matçını yanvarın 25-də Polşanın "Poqon" klubuna qarşı keçirəcək.

 


 
Sport7.az

Xəbər lenti