"Sumqayıt"da iranlı futbolçu - RƏSMİ

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” növbəti futbolçunu heyətinə cəlb edib.
 
Sport7.az xəbər verir ki, son klubu İsfahan "Sepahan”ı olan Azərbaycan əsilli futbolçu Əli Qurbani "Gənclik şəhəri" təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu "9” nömrəli formada çıxış edəcək.

Cənubi azərbaycanlı olan Əli Qurbani "Nassaji” klubunun yetirməsidir. 2010-11 mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu olan "Sepahan”la yanaşı (39 oyun, 4 qol) "Gahar” (23 oyun, 7 qol), "Shahr Khodro” (17 oyun, 3 qol), "Naft Tehran” (61 oyun, 16 qol), "İstiqlal” (55 oyun, 13 qol) və "Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR