"Sumqayıt"da müəmma: Maaş verməyə pul yoxdu, amma...

Avropa Liqasına böyük zəhmət və xərclər qarşılığında başa gələn vəsiqəni etinasız şəkildə boşa verən "Sumqayıt"ın düşərgəsində yenə qəribə hadisələr yaşanır.

Sport7.az xəbər verir ki, klubun menecer-prezidenti Riad Rəfiyev ötən mövsüm komandanın uğurları üçün çalışan futbolçuların maaşını ödəmək istəmir.
 
Maaş gözləyənlərə bildirilir ki, ötən mövsümün büdcəsində kəsir var, sponsorlar pulları tam verməyib.
 
Amma nə qədər qəribə olsa da, ötən mövsümdən bəri borcu olan Rəfiyev "Neftçi" üzərində qələbəyə görə futbolçulara mükafat paylayıb. Sanki "Sumqayıt"ın əsas rəqibi "Neftçi"dir və bu qələbə sayəsində komanda özünə ilk "üçlük"də yer təmin edib.

Hiss etmək çətin deyil ki, Riad Rəfiyev "Neftçi"yə xüsusi rəqabət hissiylə yanaşır və hər fürsətdəcə Kamran Quliyevin mövqelərini laxladıb, onun yerinə keçməyə çalışır.

Mövzunu diqqətdə saxlayacağıq.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR