"Sumqayıt"da növbəti ayrılıq - RƏSMİ

"Sumqayıt" daha bir futbolçu ilə yolları ayırıb.
 
Sport7.az xəbər verir ki, hücumçu Mehdi Şərifi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Klub 27 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
Buna qədər "Sumqayıt" Şəhriyar Əliyev və Elnur Cəfərquliyevlə də rəsmə vidalaşmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR