Sumqayıtda

Sumqayıtda "Şən startlar" yarışı keçirilib

Ötən gün Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksinin stadionunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə uzunmüddətli karantin rejimindən sonra paralimpiyaçı uşaqlar və onları müşayiət edən ailə üzvlərinin iştirakı ilə "Şən startlar" adlı estafet yarışı keçirilib.
 
Sport7.az xəbər verir ki, bu uşaqlara oyun və eyni zamanda fiziki hazırlıqlarını göstərmək üçün böyük fürsət idi. Ümumilikdə tədbirə 25 iştirakçı qoşulmuşdur. Tədbirdə həmçinin cüdo, taekvondo idman növləri üzrə uşaq paralimpiyaçılar və karate idman növü üzrə uşaqların nümunəvi çıxışlar təqdim olunub.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidentləri İlham Zəkiyev və Yaşar Hacıyev iştirak ediblər.
Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilmişdir.
 
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi də yarışın dəstəkçilərindən olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR