"Sumqayıt"da yeni ispan məşqçi

"Sumqayıt"ın fiziki hazırlıq üzrə yeni məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu haqda Klubun Mətbuat katibi Rəşad Məmmədov "Report"a danışıb. Belə ki, Jerar Merino Elqarristo ilə razılıq əldə olunub.

Avqustun 10-da Bakıya gələcək ispaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanacaq. 

Elqarristo bu vəzifədə Türkiyənin "Gənclərbirliyi" komandasına keçən həmyerlisi Eduardo Karo Baladanı əvəzləyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR