Sumqayıtdakı tarixi oyunun başlama saatı məlum oldu

Sumqayıtdakı tarixi oyunun başlama saatı məlum oldu

Avqustun 27-də Sumqayıt şəhərində tarixi hadisə gerçəkləşəcək.

Sport7.az xəbər verir ki, əvvəllər bu şəhərdə müxtəlif beynəlxalq oyunlar keçirilsə də, Sumqayıtı təmsil edən komanda ilk dəfə avrokubok qarşılaşmasına çıxacaq.

Bu şərəfə "Gənclik şəhəri”nin eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasında 4-cü pilləni tutmaqla nail olub.

Artıq "Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi də bəllidi. "Sumqayıt" bu tarixi görüşdə Şimali Makedoniyanı təmsil edən "Şkendiya” komandasını qəbul edəcək.

Qarşılaşmanın start fiti avqustun 27-də saat 21:00-da səslənəcək.

Qeyd edək ki, həmin gün "Keşlə” – "Laçi”ni, "Neftçi” isə "Şkupi"ni qəbul edəcək. "Keşlə”nin oyunu "Sumqayıt”la eyni saatdadısa, "Neftçi” – "Şkupi” qarşılaşması bir saat tez başlayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR