"Sumqayıt"dan ayrılan futbolçu İsrail klubuna keçə bilər

2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqavilə başa çatan Əmir Ağayev karyerasını ölkəsi İsraildə davam etdirə bilər.
 
Sport7.az xəbər verir ki, "Makkabi" (Netanya) klubu 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. Yeni mövsümdə iddialı komanda formalaşdırmaq istəyən Netanya təmsilçisində yarımmüdafiə xəttinə əsas namizədlərdən biri məhz Ağayevdir.

"Sumqayıt"la da danışıqlar aparan futbolçunu təklif olunan müqavilə şərtləri qane etmir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR