"Sumqayıt"dan növbəti transfer - RƏSMİ

"Sumqayıt" Futbol Klubu 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib.
 
Sport7.az xəbər verir ki, komanda son olaraq, "Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb.
 
25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şəhriyar klub olaraq "Bakı”, "Qarabağ” və "Qəbələ"də çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.
 
Sport7.az

Xəbər lenti