"Sumqayıt"dan sumqayıtlılara yubiley hədiyyəsi - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib. 

Sport7.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. "Sumqayıt" 6 qat ölkə çempionu "Qarabağ"ı "Kapital Bank Arena"da qəbul edib.

Sumqayıt şəhərinin 70 illiyinə təsadüf edən görüşdə ilk qolu qonaqlar vurub. Ancaq "Qarabağ" bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İkinci hissədə "Sumqayıt" 3 dəqiqə ərzində 2 qol vuraraq qələbə qazanıb - 2:1.

İlk dövrədə baş tutan görüşdə "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. 

Azərbaycan Premyer Liqası, 12-ci tur

22 noyabr

19:00. "Sumqayıt” – "Qarabağ” 2:1
(Xayme Romero, 36, Peyman Babayi, 65, 68) 

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

"Qarabağ”: 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli,
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 10. Dani Kintana, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 12 8 3 1 21-5 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 12 5 2 5 16-17 17
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9

 
Bombardirlər: Lorenzo Frutos ("Keşlə") - 5 qol, Mehdi Şərifi, Peyman Babayi (hər ikisi "Sumqayıt") - 5 qol
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR