"Sumqayıt"dan yeni layihə - "Məktəb futbol"

"Sumqayıt" klubunun təşəbbüsü ilə Sumqayıt məktəblərində futbol dərsləri keçiriləcək.

Bununla bağlı artıq klubla Təhsil Nazirliyi arasında razılıq əldə olunub. İlk olaraq layihə kluba yaxın ərazilərdə yerləşən 5 məktəbdə təşkil olunacaq. Daha sonra isə futbol dərslərinin əhatəsi genişləndiriləcək.

Layihə çərçivəsində "Sumqayıt"ın məşqçiləri məktəbin idman müəllimləri ilə birlikdə futbol dərsləri təşkil edəcək.

Bununla bağlı Fanat.Az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları dedi: 



"Klub olaraq 2014-cü ildən sonra "Kapital Bank" və "Paşa" ASC-nin sponsorluğu ilə iki layihəmiz baş tutub. Bunlardan biri Sumqayıtda 48 orta məktəbi əhatə edən "Futbol və sağlam həyat" layihəsi idi. Yayda isə 3 günlük "Yay futbol layihəsi" keçirilir. Bu hər il davam edir. Layihələr həm klubumuzun şəhərdə daha da populiyarlaşmasına səbəb olub, həm də akademiyamıza yeni futbolçular cəlb edilib. Bu il daha bir layihə həyata keçirməka istəyirik. Təhsil Nazirliyi, Sumqayıt şəhər Təhsil İdarəsi və AFFA ilə birlikdə Sumqayıt məktəblərində "Məktəb futbol" layihəsi təşkil olunacaq. Yeni layihə yanvarın son həftəsində başlayacaq. Layihə çərçivəsində idman dərslərində "Sumqayıt"ın məşqçiləri məktəbin idman müəllimləri ilə birlikdə futbol dərsləri keçiriləcək. Bu həm klubumuz üçün əlavə uşaq seçiminə şərait yaradacaq, həm də futbolun kütləviliyinin artamısına səbəb olacaq. Futbol dərsləri əvvəlcə 1-4-cü siniflər üçün keçiriləcək. Daha sonra isə 5-7-ci siniflər üçün nəzərdə tutulub. Layihəyə əvvəlcə test olaraq 5 məktəbdə start veriləcək. Daha sonra Sumqayıt və Sumqayıtətrafı məktəblərdə keçiriləcək".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR