"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

"Sumqayıt" futbol komandasının qış təlim-məşq toplanışındakı bütün rəqibləri müəyyənləşib.

Sport7.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ilk olaraq paytaxtda I Divizion klubu "Şüvəlan"la qarşılaşacaq.
 
Yanvarın 11-də "Dalğa Arena"nın köməkçi meydançasında baş tutacaq görüş saat 15:00-da start götürəcək

Yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə yollanacaq komanda burada 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-də Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.
 
Sport7.az 

Xəbər lenti