"Sumqayıt"ın ən çox oynayan futbolçusu və bombardirləri bəlli oldu

19 turu geridə qalan I Divizionda "Sumqayıt-2" meydana çıxdığı 17 oyunda 7 qələbə, 3 heç-heçə və 7 məğlubiyyət əldə edərək 24 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Sport7.az xəbər verir ki, komandanın üzvü Fuad Bayramov 17 oyunun hamısında iştirak edən yeganə futbolçudu. 1530 dəqiqə meydanda olan Fuad qarşılaşmaların heç birində əvəzlənməyib.
 
Fuaddan bir oyun az keçirən kapitan Nahid Zülfüqarlı isə 1385 dəqiqə forma şansı qazanıb. Premyer Liqanın 3-cü dövrəsində əsas komandada debüt edən Nəbi Məmmədov "Sumqayıt-2”-nin heyətində 15 oyunda (1258 dəqiqə) 1 qol vurub.
 
"Sumqayıt” Futbol Akademiyasının yetirməsi Rüfət Abdullazadə isə 13 oyun keçirib (1109 dəqiqə). Bu qarşılaşmalarda 4 dəfə fərqlənən gənc yarımmüdafiəçi digər futbolçu Elnur Cəfərovla birlikdə (14 oyun, 825 dəqiqə) komandanın bombardiri adına şərikdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR