“Sumqayıt”ın iki futbolçusu xaricə yollandı

“Sumqayıt”ın iki futbolçusu xaricə yollandı

"Sumqayıt”ın iki futbolçusu legioner həyatı yaşayacaq.

Sport7.az xəbər verir ki, Nazim Bağırov və Tural Bayramlı karyeralarını Latviyada davam etdirəcəklər.

Bu barədə klubdan "Futbol+”ə bildiriblər. Klubun sözçüsü Rəşad Məmmədov bildirib ki, yarımmüdafiəçi Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadı. O "Sumqayıt”dan  ayrılan futbolçuların siyahısındadı.

Bağırovdan başqa "ağ-göylər”in ikinci komandasının şərəfini qoruyan daha bir oyunçu Latviyada legioner həyata yaşayacaq. Söhbət U-21-ə də cəlb olunan Tural Bayramlıdan gedir. Bu gün Baltikyanı respublikaya yollanan Bayramlı "Dauqavpils”lə "6 ay+1 il” şərti ilə müqavilə bağlayacaq. Latviya təmsilçinin məşqçilər korpusu 1998 doğumlu yarımmüdafiəçini U-21-in Antalya toplanışında bəyənib.

Qeyd edək ki, "Dauqavpils” Latviyanın birinci divizionunda çıxış edir. Komanda superliqaya vəsiqənin biraddımlığındadı. 22 tura 58 xal toplayan kollektiv 12 iştirakçı arasında liderdi. Vaxtilə "Sumqayıt”ın şərəfini qorumuş Vüqar Əsgərovun da cari mövsümdən adı çəkilən klubun formasını geydiyini xatırladaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR