"Sumqayıtlılar bizdən çox şey gözləyir" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan "Sabah"la qarşılşamadan sonra "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Ölkəmiz müharibə şəraitindədir, bütün diqqətimiz ordadır. Allah əsgərlərimizin köməyi olsun. Şəhid olanlara isə rəhmət diləyirəm. Çempionat get-gedə çətinləşir. İsti hava şəraiti və oyunun tez başlamasına rəğmən komandam önəmli qələbə qazandı. Futbolçularıma təşəkkür edirəm. Gənc futbolçumuz Səbuhi Abdullazadənin son dəqiqədə qol vurması isə bizi ikiqat sevindirir. Bu gün bütün sumqayıtlılar bizdən çox şey gözləyir. Onlara da əlimizdən gələni sona qədər edəcəyimizi söyləmək istəyirəm. Ümumən isə, komandamın oyunundan razı qaldım. Bugünkü qələbəni unudub, növbəti oyunlara hazırlaşacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR