Super Liqanı tərk edəcək son klub da bəlli oldu

Super Liqanı tərk edəcək son klub da bəlli oldu
Türkiyə Super Liqasını tərk edəcək üçüncü klubun da adına aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, "Osmanlıspor” klubu elita ilə vidalaşıb. 
 
33-cü turda "Akhisarspor”un səfədə "Kayserispor”u 2:1 hesabıyla məğlub etməsi "Osmanlıspor"un "sonunu gətirib".
 
Belə ki, bu nəticədən sonra xal ehtiyatını 39-a çatdıran "Akhisarspor” elitada qalmağı təmin edib. Nəticədə 33 xalı olan "Osmanlıspor”un sona bir tur qalmış heç bir şansı qalmayıb.

Qeyd edək ki, "Osmanlıspor” üç mövsüm idi Super Liqada mübarizə aparırdı. Paytaxt klubundan öncə "Karabükspor”la "Gənclərbirliyi” TFF 1-ci liqaya düşmüşdü.
 
Sport7.az

Xəbər lenti