Superliqa təmsilçisi "Qaziantep"in yeni baş məşqçisinin adı müəyyənləşib.
Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Klub portuqaliyalı mütəxəssis Rikardo Sa Pinto ilə 2,5 illik müqavilə bağlayıb. "The Lion Heart" (Şir ürəkli) ləqəbli 48 məşhur portuqaliyalı veteranın sonuncu iş yeri Braziliyada "Vasko De Qama" olub.
Komanda hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.
Sport7.az