Superliqa klubundan növbəti transfer

Superliqa klubundan növbəti transfer
Superliqanın ilk yarısını 14-cü sırada tamamlayan və aşağı dəstəyə düşmək təhlükəsini hiss edən "Osmanlıspor", Yalçın Ayhan və Ceyhun Gülselamın ardından növbəti transferini reallaşdırıb. 

Sport7.az xəbər verir ki, Paytaxt təmsilçisi Tortol Lumanza Lembi ilə anlaşıb. Klub 23 yaşlı futbolçu ilə qarşıdakı günlərdə rəsmi müqavilə imzalayacaq. Belçikalı yarımmüdafiəçi öz mövqeyi olan mərkəzdən əlavə ön libero və sol cinahda da oynaya bilir.
 
Sport7.az

Xəbər lenti