Superliqa klubunun baş məşqçisi:

Superliqa klubunun baş məşqçisi: "...Özümü 10-cu mərtəbədən aşağı atacam"

Türkiyə Superliqası təmsilçisi "Qaziantep"in baş məşqçisi Marius Sumudika maraqlı fikirlər səsləndirib.
 
Sport7.az xəbər verir ki, koronavirusla əlaqədar təxirə salınan çempionatın iyunda gözlənilən bərpası ilə bağlı danışıb. Rumıniya mətbuatına açıqlama verən və çempionatın bərpasının vacibliyini bildirən Sumudika "14 gün karantində qaldıqdan sonra çempionatların yenidən başlamayacağını desələr özümü 10-cu mərtəbədən aşağı atacam. Türkiyəyə qayıtmaqla sağlamlığımı riskə atdım. 55 gün evdən çölə çıxmamışdım, amma futbol mənim üçün önəmlidi. Uyğunlaşmalı və mövsümə davam etməliyik. Fikrim bu yöndədi. Eyni zamanda bu virusla yaşamağı da öyrənməliyik. Oyun zamanı təbii ki, təmas olacaq. Hər halda tennis və ya şahmat oynamırıq. Məncə ən yaxşı seçim insanları bu mövzuda maarifləndirməkdi. Cavabdehlər doğru qərararı verəcək" sözlərini söyləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR