"Superliqa təxirə salınmasaydı meydana çıxmayacaqdıq"

"Qalatasaray"ın braziliyalı futbolçusu maraqlı açıqlamalar verib.
 
Sport7.az xəbər verir ki, futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib: "Oyunçular və texniki heyətlə bir araya gələrək meydana çıxmamağa qərar vermişdik. Çünki çempionat təxirə salınmamaışdı. Belə davam edəcəyini düşünürdük. Türkiyə Superliqasının təxirə salınması zaman aldı. "Beşiktaş"la derbiyə qədər oyunlar keçirildi. Bazar günü oyunumuz vardı". 
 
Futbolçu klubdan ayrılmaq niyyətində olmadığını da söyləyib: "Çempionat təxirə salınmamışdı, belə olan halda niyə oynamalı idik? Təxirə salınmasaydı meydana çıxmayacaqdıq. Hazırda Türkiyədən ayrılmaq fikrində deyiləm. Hazırda Türkiyədə çempionat təxirə salınıb və qeyri-müəyyən durumdayıq. Braziliyaya qayıtmq şansım da yoxdu.  İyuna qədər klubla anlaşmam var. Tanrıya şükürlər olsun ki, maliyyə durumu yaxşıdı, və mənim üçün əsas faktor paradan əlavə yaşamaq üçün bir yerdi".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR