Sürpriz olmadı, keçmiş müttəfiqlərimiz uduzdu

Sürpriz olmadı, keçmiş müttəfiqlərimiz uduzdu
Avropa çempionatının seçmə mərhələsində 2015-ci ilin ilk oyunları start götürüb.

Sport7.az xəbər verir ki, 4 gün davam edəcək V turda öncə C, E və G qrupunun matçları baş tutub.
 
C qrupunun lideri Slovakiya millisi autsayder Lüksemburq yığması ilə üz-üzə gəlib və rəqibin aman verməyib. 2-3-cü yerləri bölüşən İspaniya Ukraynanı sınağa çəkib. 28-ci dəqiqədə Alvaro Moratanın vurduğu qol yeganə olub.
 
E qrupunun vahid lideri İngiltərə Litva ilə münasibətlərinə aydınlıq gətirib. İngilislər 4:0 hesabı ilə rəqibini üstələyib. İsveçrə Estoniyanı 2:0, Sloveniya San-Marinonu 6:0 hesabı ilə məyus edib.
 
G qrupunda isə eyni xala malik Rusiya ilə Monteneqro qarşılaşıb. 66-cı dəqiqədə tribunalardakı qarışıqlıq nəticəsində oyun yarımçıq dayandırılıb.
 
Lixtenşteynin qonağı olan lider Avstriya darmadağına sevinib – 0:5. Son pillədə yer alan Moldova İsveçi qəbul edib. Skandinaviya təmsilçisi Zlatan İbrahimoviçin dublu sayəsində səfərdən 3 xalla qayıdıb.
 
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı H qrupunun matçları bu gün keçiriləcək. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığmasını sınağa çəkəcək.
 
AVRO-2016-nın seçmə mərhələsi, V tur

C qrupu
İspaniya – Ukrayna - 1:0
Slovakiya – Lüksemburq - 3:0
Makedoniya – Belarus - 1:2
 
E qrupu
İngiltərə - Litva - 4:0
İsveçrə - Estoniya - 3:0
Sloveniya – San-Marino - 6:0
 
G qrupu
Monteneqro - Rusiya - 0:0 (Yarımçıq dayandırıldı)
Lixtenşteyn - Avstriya - 0:5
Moldova – İsveç - 0:2

Sport7.az

Xəbər lenti