Svitolina yarımfinalda, Muqurusa 18 yaşlı Byanka ilə bacarmadı

Svitolina yarımfinalda, Muqurusa 18 yaşlı Byanka ilə bacarmadı

İndian Uellsdə qadın tennisçilərin iştirakı ilə keçirilən "Premier Mandatory" seriyalı turnirdə ilk 1/4 final görüşləri keçirilib.

Qarbinye Muqurusa Byanka Andreesku ilə qarşılaşıb. İspan tennisçi oyun ərzində 18 yaşlı rəqibindən cəmi 1 qeym ala bilib. Byanka Andreeskunun yarımfinala yüksəlməsi üçün 53 dəqiqə kifayət edib.

Günün digər matçında Elina Svitolina çətinliklə olsa da, Marketa Vondrouşovanı üstələyə bilib.


BNP Paribas Open

İndian Uells, ABŞ

Premier Mandatory

1/4 final

Elina Svitolina (Ukrayna) - Marketa Vondrouşova (Çexiya) - 2:1 (4:6, 6:4, 6:4)

Byanka Andreesku (Kanada) - Qarbinye Muqurusa (İspaniya) - 2:0 (6:0, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR