Söyüş söydülər, cəzalarını aldılar

Söyüş söydülər, cəzalarını aldılar

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasının "Göyəzən” – "Şəki” matçının 34-cü dəqiqəsində "Şəki”nin futbolçusu Elçin Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 71-ci dəqiqəsində "Göyəzən”nin futbolçusu Fərid Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının "Oğuz” – "Energetik” matçının 90+2-ci dəqiqəsində "Energetik”in futbolçusu Ruslan Voronsov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+2-ci dəqiqəsində "Oğuz”un futbolçusu Elnur Qafarov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Region Liqasının "İmişli” – "Şamaxı” matçının 80-cı dəqiqəsində "İmişli”nin məşqçisi Samid Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

Region Liqasının "Neftçala” – "Ərkivan” matçı başa çatdıqdan sonra "Ərkivan”ın məşqçisi Bəhrəm Məmmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının "Arpaçay”(Şərur) – NDU matçının 43-cü dəqiqəsində "Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

U-17 Liqasının "Neftçi” – "Kəpəz” matçının 90+3-cü dəqiqəsində "Kəpəz”in futbolçusu Həsən Seyfullayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

U-14 Liqasının "Azəri TİM” – "Turan Tovuz” matçının 30-cu dəqiqəsində "Turan Tovuz”un futbolçusu Tahir Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 42-ci dəqiqəsində "Azəri TİM” klubunun futbolçusu Şəmsəddin İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Azəri TİM” klubunun məşqçisi Orxan Verdiyev hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə və hakimlərə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.

U-12 Liqasının "Laçın” (Pirəkəşkül) – "Veqa” matçında "Laçın” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının "Leon” FK – "Zirə” matçında "Zirə”nin baş məşqçisi Manaf Kələntərli texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-10 Liqasının "Kəpəz” – "Çinar UGFHK” matçının 20-ci dəqiqəsində "Çinar UGFHK” klubunun baş məşqçisi Elçin Quziryani hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-13 Qızlar Liqasının "Mələklər” (Lənkəran) – UGİM (Göyçay) matçında UGİM komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının "Balxurma” (Balakən) – "Daşqın” matçında "Daşqın” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının "Uğur” – "Marxal” matçının 63-cü dəqiqəsində "Uğur”un futbolçusu Kamilla Məmmədova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın NTD – "Emin Spor” matçında "Emin Spor” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın "Baku Hughes” – "Bibi Heybət” matçında "Baku Hughes” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın "Advokat” – "Hövsan” matçının 1-ci dəqiqəsində "Advokat”ın futzalçısı Ceyhun Şirinli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın "Forza Neftçi” – "Standard” matçının 24-cü dəqiqəsində "Standart”ın futzalçısı Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 24-cü dəqiqəsində "Standard”ın inzibatçısı İlkin Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə üzrə Birinci Liqanın "Baku Fans” – U-19 matçında "Baku Fans” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə üzrə Birinci Liqanın "Zirvə Bakı” – "Baku Fire 2” matçının 13-cü dəqiqəsində "Zirvə Bakı”nın futzalçısı Murad İsmayılov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə üzrə Birinci Liqanın AZMİU – "Metropoliten” matçının 20-cı dəqiqəsində AZMİU klubunun futzalçısı Adil Məmmədzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın EKOL – "Xızı Futzal” matçının 29-cu dəqiqəsində "Xızı Futzal”ın futzalçısı Morteza Cahandoust ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 34-cü dəqiqəsində EKOL-un futbolçusu Samir Həmzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın "Baku Fire” – "Bakı” TFK matçının 35-ci dəqiqəsində "Bakı” TFK klubunun futzalçısı Vüsal Buludov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR