Tacikistan dünyaya səsləndi: “Təkliflərinizi gözləyirik”

Tacikistan dünyaya səsləndi: “Təkliflərinizi gözləyirik”

Hal-hazırda dünyada sadəcə iki ölkədə çempionat davam edir.

Sport7.az xəbər verir ki, Belarusiya ilə yanaşı Tacikistan çempionatı koronavirusa baxmadan öz axarındadı.

42 əcnəbi futbolçunun çıxış etdiyi Tacikistan çempionatının ilk turu azarkeşsiz keçirilib. Son çempion "İstiqlol” "Düşənbə”ni 7:0 hesabıyla darmadağın edib.

Tacikistan Futbol Federasiyasının rəsmiləri ölkədə koronavirusa yoluxma halına rastlanmadığına diqqət çəkiblər. Bununla yanaşı onlar dünyaya səslənib: "Teleyayım hüququnun alınmasıyla bağlı televiziyalardan təklif gözləyirik. Dünyadakı futbol azarkeşləri canlı futbola baxmaq istəyirlər. Bizim çempionat yetərincə maraqlıdı. Buyurun, təkliflərinizi göndərin”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR