Taekvondoçularımız mübarizəyə başlayır

Taekvondoçularımız mübarizəyə başlayır

İtaliyanın Bari şəhərində təşkil edilən parataekbondo üzrə Avropa çempionatı bu gün başlayacaq.

Sport7.az xəbər verir ki, komandamız qitə çempionatında baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında 8 idmançı ilə təmsil olunacaq. 

Eyniadlı şəhərdə 1 noyabr tarixlərində əlavə Avropa oyunları (G4 Extra Euruopean Games 2019) start veriləcək. G4 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamızın 6 üzvü mübarizə qatılacaq.

Bu gün İtaliyaya yola düşən millinin heyətində Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Radik İsayev (80 kq yuxarı), Patiman Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (67 yuxarı) yer alıb.
 
45 Avropa ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, ikinci yer 24.5 xal, üçüncü yerə sahib olan isə 17.5 xal əlavə etmiş olacaq.
 
Bari şəhərinin "PalaFlorio" idman arenasında baş tutacaq yarışlara 3 noyabr tarixlərində yekun vurulacaq.
 
Azərbaycan Taekvondo Federasiyasının vitse prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi komandamız 4 noyabrda vətənə dönəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR