Tahir Gözəl:

Tahir Gözəl: "Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki..."

"Qarabağ"ımızın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının I təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sport7.az xəbər verir ki, vitse-prezident bunları söyləyib: "Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. "Qarabağ" çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı".

- Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız.
 
- Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.

- Bu mövsüm avrokuboklarda hədəf nədir?

- Transferlərimiz oldu. Yerli futbolçular yetişdirməyə çalışırıq. Mən hər zaman istəmişəm ki, "Qarabağ"ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.

- Sizcə, yeni transferlər komandanı irəli apara bilər?

- Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. "Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR