Tağızadə çempion oldu

Tağızadə çempion oldu

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü davam edir.

Körpücük üzərinə çəkisi 89 kq-a qədər olan atletlər çıxıblar. Lənkəran idmançısı Ceyhun Tağızadə toplam 295 kq (135+160) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qaıxıb. Gümüş medalı toplam 281 kq (127+154) nəticə ilə İsmayıl Baxışov, bürüncə isə toplam 271 kq (120+151) nəticə ilə İsa Həsənli yiyələnib.
 
89 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 88.7 135 160 295
2. Baxışov İsmayıl 2001 Qobustan Zirvə 87.5 127 154 281
3. Həsənli İsa 2002 Lənkəran Zirvə 81.7 120 151 271
4. Mamayev Yaşar 2003 Neftçala Zirvə 83.3 116 125 241
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR