Tağızadə rəsmən

Tağızadə rəsmən "Rəvan"da

Yeni mövsümdə Premyer Liqada iştirak edəcək "Rəvan" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport7.az xəbər verir ki, bu, Ruslan Tağızadədi.

Əldə etdiyimiz özəl məlumata görə, müdafiəçi Bakı klubu ilə mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, Tağızadə ötən mövsümü "Qəbələ"də keçirib. O, yay transfer dönəmində klubdan ayrılıb, "Zirə"yə üz tutsa da, Türkiyənin "Boluspor" klubundan gələn təklif Ruslanı qardaş ölkəyə aparmışdı. Ancaq PTT 1-ci Liqa klubu ilə anlaşa bilməyən Tağızadə kor-peşman vətənə qayıtmışdı. Başqa təklifi olmadığı üçün son anda müdafiəçiyə "aslanlar" sahib çıxıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR