Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib - RƏSMİ, VİDEO

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib - RƏSMİ, VİDEO

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Sport7.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR