Tanınmış aparıcı: "Bütün Bakı evlilik təklifi edir, ancaq içində bir fərlisi yoxdur"

Tanınmış aparıcı:
Hər kəsin həyəcanla gözlədiyi "Kopenhagen” -"Qarabağ” qarşılaşmasından əvvəl azarkeşlər maraqlı jestlər edib, komandamızın qələbəsilə bağlı vədlər verirdilər.

Onlardan biri də tanınmış aktrisa, teleaparıcı Mələk Heydərova idi. O bildirmişdi ki, "Qarabağ” udsa, ərə gedəcək.

Oyundan sonra hamı ona bu sualı ünvanladı: Vədinə əməl edəcəkmi?

M.Heydərova mətbuat.az-a açıqlamasında bildirib ki, sevdiyi yoxdur, ancaq dünəndən xeyli insan ona evlənmək təklifi edib: "Dünəndən bütün Bakı mənə evlilik təklifi edir. Ancaq içində bir fərlisi yoxdur. Hələ baxıram, kim xoşuma gəlsə, ürəkli olsa, yaxşı addım atsa, ən bahalı brilliant alsa, ona da gedəcəm”.
 
Sport7.az

Xəbər lenti