Tanınmış basketbolçu koronavirusa yoluxdu

Tanınmış basketbolçu koronavirusa yoluxdu

"Hyuston"un point-qardı Rassell Uestbruk koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, Uestbruk bu barədə "Twitter" hesabında paylaşım edib:

"Orlandoya yollanmamışdan əvvəl koronavirus testi verdim və nəticəsi pozitiv çıxdı. Hazırda özümü yaxşı hiss edirəm. Karantindəyəm və icazə verildikdən sonra komanda yoldaşlarıma qoşulacam.

Dəstəyinizə, xoş sözlərinizə görə təşəkkür edirəm. Xahiş edirəm, virusa ciddi yanaşın, qeydinizə qalın və maska taxın".

Qeyd edək ki, NBA-da mövsüm 31 iyulda bərpa olunacaq.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR